
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatıda beş xarici vətəndaş tərəfindən planlaşdırılan terror aktının qarşısını alıblar.
Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“2025-ci ilin sentyabr ayında Almatıda Milli Təhlükəsizlik Komitəsi beş xarici vətəndaşın planlaşdırdığı terror aktının qarşısını alıb. Onların hamısı həbs edilib və araşdırma aparılır”, – məlumatda qeyd olunub.