Xəbər axtarın

Son axtarış nəticələri:

Bu yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılır 

30.10.2025 18:15

 

8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq. 

Bu barədə  Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Məlumata görə, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək. 

 

Paylaş: