Xəbər axtarın

Son axtarış nəticələri:

“Bunlar tək Ramiz Mehdiyevin timsalında baş verə bilməzdi” - ŞƏRH- VİDEO

15.10.2025 21:32

“Siyasi hakimiyyətin zorakı üsullarla ələ keçirilməsi, əldə saxlanılması – müəyyən sistem fəaliyyəti tələb edir. Odur ki, bu miqyasda proses tək Ramiz Mehdiyevin timsalında baş verə bilməzdi”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri tarixçi Paşa Həsənli Prime TV-nin “Milli fikir” verilişinə müsahibəsində bildirib.
P.Həsənli qeyd edib ki, irəli sürülən ittihamları, prosesin DTX tərəfindən həyata keçirildiyini nəzərə alsaq, Ramiz Mehdiyevin arxasında tamamilə başqa insanlar, xarici qüvvələrin olduğunu ehtimal etmək olar:
“Burada Rusiya ilə yanaşı, başqa dövlətlər də ola bilər. Ermənistan, İran faktorunu unutmayaq. Hətta Rusiya ilə birlikdə hərəkət edən Avropa ölkələri də ola bilər. İndiyədək dəfələrlə müxtəlif platformalarda bu barədə danışmışıq. Bu təhlükəni göstərən ekspertlər, siyasətçilərin dedikləri indi Cinayət Məcəlləsinin konkret maddələri əsasında ortaya çıxmaqdadır”.

“Bu hüceyrələrdən birdəfəlik yaxa qurtarmaq şansı yaranıb”

Tarixçi ekspert qeyd edib ki, indi Azərbaycan milli hərəkatının əhəmiyyətli dövrlərindən biri sayıla bilər.
“Bu mərhələnin sona çatması üçün proses davam etməlidir və Azərbaycan bütövlükdə imperiya təsirindən və onun təmsilçilərindən qurtulmalıdır. Bu hüceyrələrdən birdəfəlik yaxa qurtarmaq şansı yaranıb. İnanırıq ki, irinli yaraların təmizlənməsi istiqamətində real addımlar görəcəyik”.

 

 

Paylaş: