Xəbər axtarın

Son axtarış nəticələri:

Cəbrayılda Prezidentlə vətəndaş arasında maraqlı anlar – “Elə yol olub?” - Video 

29.10.2025 00:03

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb. 

Primeinfo.az-ın məlumatına görə, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb: 

Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq – nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır? 

Digər kişi sakin: Yoxdur, gözəldir, hamının xoşuna gəlir. Gözəl kəndlərdir. 

Prezident İlham Əliyev: Şəhərlər, yollar. İndi siz hansı yolla gəlmisiniz buraya? 

Digər kişi sakin: Biz Şükürbəylidən gəldik. 

Prezident İlham Əliyev: Yolu gördünüz? 

Digər kişi sakin: Gördük, gördük, çox gözəldir. 

Prezident İlham Əliyev: Elə yol olub? 

Digər kişi sakin: Qabaq buradan o yolu gedəndə yarım saata, qırx dəqiqəyə gedib çıxırdıq. İndi 10 dəqiqəyə gəlib çıxırıq. 

Prezident İlham Əliyev: İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq. 

Digər qadın sakin: İnşallah, sayənizdə. 

Həmin səmimi dialoqu təqdim edirik: 

 

Paylaş: