Xəbər axtarın

Son axtarış nəticələri:

“Çəhrayı oktyabr – süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində sosial aksiya - FOTO

27.10.2025 12:38

“Çəhrayı Oktyabr – süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində növbəti sosial aksiya baş tutub.

Primeinfo.az xəbər verir ki, “Süd vəzi xərçənginə birlikdə YOX deyək!” şüarı altında Dənizkənarı Bulvar ərazisində velosiped yürüşü keçirilib.

Yürüşə 70-dən çox xanım qatılıb. İştirakçılar tədbirin simvoluna çevrilmiş çəhrayı geyimlərdə çıxış edərək, qadınlarda süd vəzi xərçənginə qarşı maarifləndirmə və erkən diaqnostikanın vacibliyinə diqqət çəkiblər. Qadın həmrəyliyi və gücünü nümayiş etdiriblər.

Tədbirin sonunda maarifləndirici seminar keçirilib. Tibb üzrə fəlsəfə doktoru, onkoloq-mammoloq, süd vəzisi üzrə onkoplastik cərrah Günay Əhmədova seminar iştirakçılarına süd vəzi xərçənginin profilaktikası və erkən müayinənin əhəmiyyəti barədə məlumat verib.

“Bu gün biz pedalları çevirərək, əslində, ümidə, gücə və sevgi dolu bir gələcəyə doğru irəlilədik. Erkən müayinə həyatı xilas edir. Heç bir xanım süd vəzisini itirməsin!” – deyə, Günay Əhmədova bildirib.

Qeyd edək ki, aksiya “Referans Medical Group”un təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dənizkənarı Bulvar İdarəsi və “Apar” şirkətinin dəstəyi ilə baş tutub.

Paylaş: