Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov: “Azərbaycan dayanıqlı təhsil inkişafına mühüm töhfə verir”

31.10.2025 16:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb.

Primeinfo.az-ın məlumatına görə, nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.

 

Paylaş: