Xəbər axtarın

Son axtarış nəticələri:

“DeFacto” Azərbaycanda fəaliyyətini dayandırdı

30.10.2025 13:56


“DeFacto” mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb.

Primeinfo.az-ın məlumatına görə, Türkiyənin geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb.

Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan “DeFacto” 2015-ci ildə Azərbaycan bazarına daxil olub.

Bir müddət əvvəl mağazaların fəaliyyətinin dayandırılması barədə xəbərlər yayılıb.

Paylaş: