Xəbər axtarın

Son axtarış nəticələri:

Dəhşətli yol qəzası – məktəbli ağır xəsarət aldı 

28.10.2025 22:22

Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Primeinfo.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub. 

Xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. 

 

Paylaş: