
“Azərbaycan-Türkiyə münasibətləri, ümumiyyətlə türk ölkələrinin birliyi, bu birliyin dərinləşməsi, gələcəkdə bir araya gəlməsi regionda və bütövlükdə yeni dünya düzəninin formalaşmasında xeyli planları pozur”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində politoloq Əli Mustafa bildirib.
O, son zamanlar Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərini pozmağa hesablanan cəhdlərdən danışıb. Bildirib ki, hər iki ölkə bu təxribatlara qarşı daha sıx birləşməlidir:
“Bu gün istər Türkiyədə, istərsə də Azərbaycanda bu birliyi zədələyən nələrsə varsa, bunun arxasında yadelli ölkələrin, antimilli qüvvələrin, böyük güclərin yaratdığı fəsadı görmək lazımdır”, – deyə, Ə.Mustafa vurğulayıb.
O, Türkiyə-Azərbaycan konfederasiyasının qurulmasının vacibliyi də qeyd edib.