![]()
Türkiyədə ilk yeni “Altay” tanklarının təhvil verilməsi mərasimi keçirilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabında paylaşım edilib.
Prezident bildirib ki, bu hadisə Türkiyə müdafiə sənayesində yeni bir mərhələnin başlanğıcıdır:
“Altay tankı ilə tank texnologiyasında yeni bir dövrün qapılarını ardına qədər açmış oluruq. Müdafiə sənayemizə qoyduğumuz sərmayənin dəyəri qarşıdakı illərdə daha yaxşı anlaşılacaq. Bu gün “Altay” tankının ilkini ordumuza təqdim etməyin qürurunu yaşayırıq. Bu tank ən çətin şəraitlərə uyğunlaşdırılıb. “Altay”la birlikdə tank texnologiyasında yeni bir dövr başlayır.”
Ərdoğan həmçinin qeyd edib ki, 63 min kvadratmetr sahəyə malik istehsal xəttində hər ay 8 “Altay” tankı və döyüş meydanının “qələsi” adlandırılan 10 “Altuğ” zirehli döyüş maşını istehsal olunacaq.
BMC Ankara Tank ve Yeni Nesil Zırhlı Araçlar Üretim Tesisi Açılışı ve İlk Yeni Altay Tankları Teslimat Töreni https://t.co/Z81QLLtZsC
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 28, 2025