Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstan DTX: Sabiq Baş nazir qanunsuz gəlir əldə etdiyini etiraf edib

22.10.2025 21:53

Gürcüstanım sabiq Baş naziri İrakli Qaribaşvili bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib.

Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

Məlumata əsasən, İ.Qaribaşvili istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Yaxın günlərdə mövcud və əlavə sübutlara əsaslanaraq sabiq hökumət başçısı barəsində olan cinayət işinin kvalifikasiyası, habelə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə ediləcək.

Paylaş: