Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstanda bələdiyyə seçkisi keçirilir

04.10.2025 16:12

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçki keçirilir.

Primeinfo.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, səsvermə prosesi axşam saat 20:00-da başa çatacaq.

Vətəndaşlar 64 dairədə bələdiyyə məclislərinin üzvlərini, həmçinin 64 şəhərin merini seçəcəklər.

Paytaxt Tbilisinin meri vəzifəsi uğrunda doqquz namizəd yarışır. Onların arasında hakim Gürcü Arzusu Partiyasından olan hazırkı mer Kaxa Kaladze də var. Ümumilikdə 3.5 milyondan çox seçici səsvermə hüququna malikdir.

Paylaş: