Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: Ərdoğanın göstərişi ilə MİT hərəkətə keçdi - VİDEO

05.10.2025 11:16


“İsrail tərəfindən saxlanılan Qlobal Sumud Donanmasının fəallarının İstanbula gətirilməsində prezidentimizin göstərişi ilə Milli İstehbarat Təşkilatı (MİT) hərəkətə keçdi”. 

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, koordinasiyaya Türkiyə rəhbərlik edib. O qeyd edib ki, Türkiyənin Fələstinlə bağlı həssaslığını bütün dünya bilir:

“Fələstin üçün ortaq səy olmadı və hərəkət vacib idi. Bu etiraza qatılan qardaş və bacılarımızı təbrik edirəm. Bunun bir çox dövləti bir araya gətirən bir aksiya olması önəmli idi. İsraildə qalan türk fəallarla bağlı prosessual addımlar atılacaq. Ən geci bir neçə gün ərzində onları və digər qardaşlarımızı sərbəst buraxdıracağıq”.

Xatırladaq ki, İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Sumud donanmasının iştirakçıları Türkiyəyə gətirilib.

 

Paylaş: