
“Mən İŞİD-çilərin bu üzünü görəndə dinə münasibətim dəyişir”.
Primeinfo.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.
“Yezidi qızlarını götürüb özləri ilə aparırlar, deyirlər ki, mənim cariyəmdir. Nikah anlayışı da bunlardır belədir: əlini qoyur qadının çiyninə, deyir ki, sən mənim yoldaşım olacaqsan. Vəssalam. Ondan sonra arvadını guya boşayır, aparır dostuna satır. O qədər belə iyrənc işlər görürlər ki. Hətta doğma bacıları ilə evlənirlər”, – o bildirib.
H.Oğuzun sözlərinə görə, İŞİD-çilər bunu “cihadda evlilik” adlandıraraq, özlərinə haqq qazandırırlar.
O, İranda da oxşar hadisələrin baş verdiyini qeyd edib:
“İranda siğə adı ilə nə istəyirlər edirlər. Siğə – fahişəliyin leqallaşmış formasıdır. Onlar zinanı müqəddəsləşdiriblər”.