Xəbər axtarın

Son axtarış nəticələri:

“Gültəkin Hacıyeva bildiklərini istintaqa açıqlamalıdır” - VİDEO

31.10.2025 19:00

“Əgər Gültəkin Hacıyeva ölkədən çıxıbsa, səhvini düzəltməli, Azərbaycana qayıdaraq istintaq prosesinə qoşulmalı və bildiklərini tam açıqlamalıdır. Bu prosesə dəstək verməli və hər şeyi açıb söyləməlidir. Burada ölkənin taleyi həll olunur”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində araşdırmaçı jurnalist Heydər Oğuz bildirib.

Jurnalist həmçinin ölkənin taleyinin hər bir fərdin həyatından daha önəmli olduğunu vurğulayıb:

“Bizim övladlarımız bu ölkədə yaşayacaq. Gültəkin Hacıyevanın da bir oğlu var və o, Gültəkindən sonra da burada yaşayacaq. Ona görə də bu ölkə müstəqil olmalıdır. Bu ölkənin üzərində heç kimin qılıncı fırlanmamalıdır. Gültəkin xanım övladının gələcəyini, xoşbəxtliyini düşünməlidir. Onun övladının xoşbəxtliyi Azərbaycanın müstəqilliyindədir.”

Paylaş: