Xəbər axtarın

Son axtarış nəticələri:

İnflyasiya 6%-ə yaxınlaşıb

10.10.2025 13:14


2025-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya 5,7 faizə yüksəlib.

Primeinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, istehlak qiymətləri indeksi qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,3 faiz təşkil edib.

Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,8 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,7 faiz təşkil edib.

 

Paylaş: