Xəbər axtarın

Son axtarış nəticələri:

İranda müxalif din xadimi güllələndi

19.10.2025 15:47

Oktyabrın 19-u səhər saatlarında İranşəhr şəhərində etnik bəluc olan Kamal Selahzehi adlı molla naməlum silahlı şəxslər tərəfindən güllələnib.

Primeinfo.az Axar.az- a istinadla xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, hadisədə onunla birlikdə olan oğlu ağır yaralanıb və xəstəxanaya aparılıb.

Bildirilir ki, bəluc din xadimi İran hökumətinə müxalif şəxslərdən biri olub.

Paylaş: