
Hakim “Gürcü arzusu” Partiyasının nümayəndəsi Kaxa Kaladze yerli seçkilərdə 71,29% səs toplayaraq Tbilisinin meri seçilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Tbilisi meri seçkilərində 9 namizəd iştirak edib. Birləşmiş müxalifət partiyalarının “Lelo” və “Gürcüstan naminə” Partiyasının namizədi İrakli Kupradze 12,52% səs toplayaraq ikinci olub.
Xatırladaq ki, K. Kaladze “Gürcü Arzusu”nun namizədi olaraq Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib.