Xəbər axtarın

Son axtarış nəticələri:

Messi karyerası ilə bağlı qərarını verdi

24.10.2025 11:22

Ulduz Lionel Messi karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda Messinin tikintisi davam edən yeni stadionda müqavilə imzaladığı an yer alıb. Postda “O, evdədir” sözləri yazılıb.

Müqavilə müddəti 2028-ci ilə qədərdir, yəni üçillikdir.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir.

Paylaş: