Xəbər axtarın

Son axtarış nəticələri:

Monteneqro məhkəməsi Azərbaycan və Türkiyə vətəndaşlarını sərbəst buraxıb

31.10.2025 12:28


Monteneqro Ali Məhkəməsi əvvəllər Podqoritsada baş verən insidentlə əlaqədar həbs olunan Türkiyə və Azərbaycan vətəndaşlarının həbsini ləğv edib.

Primeinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.

Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva məsələ ilə bağlı monteneqrolu həmkarı Sinişa Bjekoviçə məktub ünvanlamışdı.

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən isə bildirilmişdi ki, bununla bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.

 

Paylaş: