Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir: "Qazaxıstan Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsü dəstəkləyir"

14.10.2025 12:17


“Orta Dəhlizin strateji əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm”.

Primeinfo.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında deyib.

O bildirib ki, dəhlizin daha da inkişafı və səmərəliliyinin artırılması üçün bütün səyləri göstərmək lazımdır.

“Bu istiqamətdə hökumətlərarası sənədin imzalanması mühüm addım olacaq. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan bu təşəbbüsü dəstəkləyir və onu bütöv və dayanıqlı nəqliyyat arxitekturasının formalaşmasının vacib elementi kimi görür” – Qazaxıstanlı nazir qeyd edib.

O həmçinin qeyd edib ki, Qazaxıstan Azərbaycandan neft məhsullarının uzunmüddətli tədarükündə maraqlıdır:

“İki ölkə arasında enerji sahəsində strateji tərəfdaşlıq formalaşıb və Qazaxıstan Trans-Xəzər marşrutu ilə neftin nəqli sahəsində Azərbaycan Dövlət Neft Şirkəti və “KazMunayQaz” arasındakı əməkdaşlığı yüksək qiymətləndirir. Qazaxıstan Azərbaycandan müxtəlif neft məhsullarının tədarükü üçün uzunmüddətli müqavilələrin bağlanmasında da maraqlıdır”.

Paylaş: