Xəbər axtarın

Son axtarış nəticələri:

Nazirliyin bu qurumları ləğv edildi

18.10.2025 14:17

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib.

Primeinfo.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib.

Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.

Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

 

Paylaş: