Xəbər axtarın

Son axtarış nəticələri:

Nizami Rəmzinin qızı həbs olunub - VİDEO

20.10.2025 14:38


Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan Baxşıyeva həbs olunub.

Primeinfo.az xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb.

O, Reyhanın videosunu yayımlayaraq, yazıb:

“Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Allah qapısını açsın”.

Məlumata görə, R.Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib və Yasamal rayonu ərazisində saxlanılaraq barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Nail Kəmərli 2023-cü ildə Reyhanın Yasamalda acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.

 

Paylaş: