Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistanla Əfqanıstan arasında 48 saatlıq ATƏŞKƏS

15.10.2025 18:59

Pakistan və Əfqanıstan Talibanı 48 saatlıq atəşkəs barədə razılığa gəlib.

Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.

“Talibanın tələbi və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib” – deyə, vurğulanıb.

Qeyd edək ki, Pakistan silahlı qüvvələri Əfqanıstanın paytaxtı Kabildə 4 hava hücumu həyata keçirib. Zərbələrdə pilotsuz təyyarələrdən istifadə edilib. Taimani rayonundakı hədəflərə hücum edilib.

 

Paylaş: