Xəbər axtarın

Son axtarış nəticələri:

Pənah Hüseyn: “Dövlət çevrilişini Rusiya törətmək istəyib” – VİDEO

24.10.2025 12:37

Məlum olduğu kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı irəli sürülən maddələrdən biri də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsidir.

Primeinfo.az xəbər verir ki, keçmiş Baş nazir Pənah Hüseyn Prime TV-nin efirində yayımlanan “Milli fikir” verilişində bu maddəni şərh edib.

O bildirib ki, 274-cü maddə birmənalı şəkildə xarici dövlətə ehtiva edir.

“Dövlətə xəyanət” maddəsini diqqətlə oxusanız görərsiniz ki, bu məsələ açılsa, hansısa dövlətin adı çəkilməlidir. Konkret olaraq da Rusiyanın. “Dövlətə xəyanət” maddəsində “düşmən tərəfinə keçmək – düşmənin adı çəkilməlidir, cəsusluq, dövlət sirrini xarici dövlətə vermək” və s. məsələlər yer alıb. Çoxları deyir ki, sanki bu maddənin üstündən keçirlər. Yəni, bu maddə açılsa, mütləq xarici dövlətin adı çəkilməlidir. Bu da artıq Rusiya ilə münasibətlərdəki gərginliyin geridönməz xarakter alması deməkdir”.

Paylaş: