
Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Həmçinin Prezidentin digər Sərəncamlarına əsasən, Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras, Kolumbiya, Kosta Rika, Qvatemala, Panama və Peru Respublikalarındakı səfiri, Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.