Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir.
Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib.
Vida mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib.