Xəbər axtarın

Son axtarış nəticələri:

Qarabağda kanat yoluna 6.6 milyon manat xərclənib

22.10.2025 15:47


Bu ilin yanvar-sentyabr aylarında Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat xərclənib.

Primeinfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1 317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.

Paylaş: