Xəbər axtarın

Son axtarış nəticələri:

Qəzza danışıqları üçün nümayəndələr Qahirədə toplanır

05.10.2025 12:36

Qəzza zolağında iki ildir davam edən münaqişənin həlli ilə bağlı ABŞ və İsraildən olan nümayəndə heyətlərinin iştirakı ilə bu gün Misirdə danışıqlar keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof və Cared Kuşner dünən Misirə yollanıb. Nümayəndələr artıq Misirin paytaxtı Qahirədə toplanmağa başlayıblar. HAMAS və İsrail rəsmiləri bazar və bazar ertəsi günləri birbaşa olmayan danışıqlar aparacaqlar.

İsraildən olan nümayəndə heyətinə isə baş nazir Binyamin Netanyahunun səlahiyyəti vəkili – İsrailin strateji planlaşdırma naziri Ron Dermerin başçılıq edəcəyi bildirilir.

Qeyd edək ki, oktyabrın 3-də HAMAS hərəkatı Trampın irəli sürdüyü plan əsasında bütün girovları azad etməyə hazır olduğunu bildirib.

Eyni zamanda HAMAS Qəzza zolağının idarəçiliyinin fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanına təhvil verilməsinə razı olub.

 

Paylaş: