Xəbər axtarın

Son axtarış nəticələri:

"Qəzza ilə bağlı B planı yoxdur. Bu yeganə plandır" - Rubio

24.10.2025 17:21

“Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün BMT çərçivəsində mexanizm yaradacağıq”.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsraildə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda bir çox ölkələr bu layihədə iştirak etmək istəyir, lakin bunun BMT ilə koordinasiyada olmaması ucbatından həmin ölkələr Qəzzaya öz qüvvələrini yerləşdirə bilmirlər:

“İsrail indiyə qədər razılaşma daxilində öz öhdəliklərinə əməl edib. Qəzza ilə bağlı B planı yoxdur. Bu yeganə plandır. Bu planın uğur qazanacağını düşünürük”.

ABŞ dövlət katibi razılaşmanın sonrakı mərhələsində HAMAS-ın silahsızlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Paylaş: