Xəbər axtarın

Son axtarış nəticələri:

Əkin sahələrini yandırdılar, SAXLANILDILAR

10.10.2025 13:00

Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qusar rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar.

Hər üç şəxs barəsində Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb.

Paylaş: