Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyev bu iş adamlarını intihara sürükləyib – ADLAR - VİDEO

30.10.2025 19:00

 

“Ramiz Mehdiyevə haram olsun! Ona deyən lazımdır ki, xalqa divan tutub əlindən aldığın mal-mülkdən niyə danışmırsan? Ramiz Mehdiyev nə vaxt xalqına, millətinə pul xərcləyib? Hansı tələbələri öz hesabına xaricə oxumağa göndərib? Harada xəstəxana, kitabxana, uşaq bağçası tikdirib və ya yardım edib?”

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu deyib.

Ramiz Mehdiyevi kriminal aləmdə “Lotu Hikmət”, “Rövşən Lənkəranski” kimi tanınan avtoritetlərlə müqayisə edən şərhçinin sözlərinə görə, onlar belə yanlarına kömək üçün gedən heç kimi əliboş qaytarmayıblar, səxavətli insan kimi tanınıblar:

“Rusiyada soydaşlarımız deyirdi ki, Hikmətin yanına əliboş gedən, mütləq əlidolu qayıdırdı. O çalışırdı ki, heç kəsi əliboş qaytarmasın. “Rövşən Lənkəranski” da belə insan idi. Bəli, kriminal aləmdir, amma  Ramiz Mehdiyev heç olmasa bu aləmdən ibrət götürərdi”.

E.Alıoğlu mərhum avtoritet “Lotu Bəxtiyar”ın (Bəxtiyar Kərimov) və digər tanınan insanların müəmmalı şəkildə vəfat etmələrindən də danışıb:

“Rəhmətlik “Lotu Bəxtiyar” vardı. Onun faciəli şəkildə həyatını itirməsi çoxlarını düşündürür. O vaxt Azərbaycan taxıl qıtlığı ilə üzləşəndə, Bəxtiyar Kərimov “kömək edə bilərəm” demişdi. Amma bu sözündən sonra qısa müddət sonra aradan götürüldü”.

Siyasi şərhçi bir sıra iş adamların müəmmalı ölümlərini də yada salaraq qeyd edib ki, bu hadisələrin ictimai müzakirəsi davam edir:

“Yelmar Məmmədovun Gürcüstanda ailəsi ilə birlikdə diri-diri yandırılması, “Xəyal” şirkətlər qrupunun rəhbərinin (Fikrət Rəcəbov – red.) evində intiharı hələ də insanların yadındadır. Bu kimi halların baş verməsinə səbəb kim idi?”

Paylaş: