Xəbər axtarın

Son axtarış nəticələri:

"Ramiz Mehdiyevlə ən çox o əlaqə saxlayıb" - DETALLAR - VİDEO

30.10.2025 15:00


“Ramiz Mehdiyevlə ən çox təmasda olan şəxs Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev olub”.

Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu barədə Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində danışıb.

Ekspertin sözlərinə görə, Nikolay Patruşev Azərbaycan Təhlükəsizlik Şurasında təmsil olunan və o dövrdə Ramiz Mehdiyevlə sıx əlaqədə olan əsas şəxs olub:

“Dövlət başçıları ilə görüşməzdən əvvəl Patruşevin Ramiz Mehdiyevlə birbaşa təmasda olduğu məlum idi. Söhbət təhlükəsizlik şuraları səviyyəsində əlaqələrdən gedir. Patruşev Putinin komandasına daxildir və daxili xüsusi xidmət orqanının əməkdaşı olub. Onun adının bu məsələdə hallanması tamamilə mümkündür”.

İlham İsmayıl əlavə edib ki, bu kontekstdə Bortnikov və ya Narışkinin adlarının çəkilməsi gözlənilən deyil, çünki Patruşev həm siyasi, həm də əməliyyat səviyyəsində onların funksiyalarını əhatə edən əsas fiqur kimi çıxış edib.

 

Paylaş: