Xəbər axtarın

Son axtarış nəticələri:

Ravvinlərin Bakı tədbiri təxirə salındı

29.10.2025 11:52

Noyabrın 3-6-da Bakıda keçirilməsi nəzərdə tutulan Avropa ravvinlərinin nümayəndəli konfransı təxirə salınıb. 

Primeinfo.az Avropa Ravvinləri Konfransının rəhbərliyinə istinadən xəbər verir ki, buna səbəb təhlükəsizlik məsələləridir.

Qeyd edək ki, konfransda Avropa, İsrail və ABŞ-dan 600-ə yaxın ravvin, siyasətçi, ictimai və dini xadimin iştirakı gözlənilirdi. Tədbirin məqsədi yəhudi icmalarının müasir dövrdə qarşılaşdıqları problemləri müzakirə etmək, həmçinin müsəlman ölkəsində dinlərarası dialoq nümunəsi yaratmaq idi.

Avropa Ravinlər Konfransının 70 illiyinə həsr olunmuş tədbir ilk dəfə müsəlman ölkəsində keçiriləcəkdi. Konfransda Azərbaycanın mümkün iştirakı ilə “İbrahim sazişləri”nin genişləndirilməsinin də müzakirəsi nəzərdə tutulurdu.

Lakin konfransın başlanmasına bir həftə qalmış tədbirin təxirə salındığı elan edilib. Rəsmi açıqlamada təhlükəsizliklə bağlı narahatlıq əsas səbəb kimi göstərilib.

Qeyd edək ki, İsrailin Qəzzada törətdiyi soyqırımına görə Türkiyənin siyasi dairələri rəsmi Bakıya tədbirin Azərbaycanda keçirilməməsi üçün çağırış etmişdi.

 

 

Paylaş: