
A view of CPC Novorossiysk on August 10, 2006. ÊÒÊ Íîâîðîññèéñê 10 àâãóñòà 2006.
Rusiyanın “Lukoyl” və “Rosneft” neft şirkətlərinə Londondan qoyulan sanksiyalar Azərbaycan və Qazaxıstandakı layihələrə aid edilməyəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə dünya mediası Böyük Britaniyanın Maliyyə Nazirliyinə istinadən xəbər yayıb. Belə ki, sözügedən şirkətlərin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr – “Xəzər Boru Kəməri Konsorsiumu”, “TengizChevroil”, “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Boru Kəməri” (Bakı-Tiflis-Ərzurum), “Azerbaijan Gas Supply Company” və “Qaraçaqanak” layihələri 2 il müddətinə (14 oktyabr 2027-ci il tarixinədək) sanksiyalardan azad edilib.