Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya 1400 miqrantı deport edəcək

07.10.2025 12:29


Moskvada bu ilin 9 ayı ərzində ictimai yerlərdə, ticarət və ərzaq mərkəzlərində, yataqxanalarda və digər yerlərdə 7632 reyd keçirilib. Yoxlamalardan sonra 1400-ə yaxın miqrantın deportasiyası ilə bağlı qərarlar qəbul edilib, onlardan 450-dən çoxu artıq ölkədən deportasiya edilib.

Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

“Miqrasiya sahəsində 58 mindən çox qanun pozuntusu müəyyən edilib ki, onların da əksəriyyəti – təqribən 15 mini xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Rusiyaya giriş və ya Rusiyada olma qaydalarını pozması ilə bağlıdır”, – məlumatda deyilib.

 

Paylaş: