Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.
Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovıy məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində şəhərin bir neçə rayonunda elektrik enerjisi kəsilib, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, bir neçə yaşayış evi dağılıb.
“Sakinlərdən təhlükəsiz yerlərdə qalmalarını xahiş edirəm. Hazırda küçədə olmaq təhlükəlidir”, – mer bildirib.
Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski isə deyib ki, zərbələr nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.