
Xarkov şəhərinin Xolodnoqorsk rayonunda yerləşən uşaq bağçasına və yaxınlıqdakı yaşayış evlərinə Rusiya dronları ilə edilən hücum nəticəsində xəsarət alanların sayı 9-a yüksəlib.
Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, üç fərqli yerdə yanğın baş verib və onlardan ən böyüyü uşaq bağçasının binasında qeydə alınıb.
Məlumatda deyilir ki, Rusiyanın hücumu zamanı bağçada olan 48 uşaq sığınacaqda olub, onlar operativ şəkildə xilasedicilər, polis əməkdaşları və könüllülər tərəfindən təxliyə olunub.
Fövqəladə Hallar Xidməti bildirir ki, bütün yanğınlar artıq söndürülüb.
***
13:32
Rusiyanın ötən gecə Xarkovda uşaq bağçasına hücumu nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”da bildirib.
Onun sözlərinə görə, bütün uşaqlar təxliyə edilib və hazırda sığınacaqlardadırlar.
“Bağçaya dron hücumu təşkil etmək üçün heç bir bəhanə yoxdur, heç ola da bilməz”, – Zelenski vurğulayıb.