
Rusiyanın Samara vilayətindəki Novokuybışev neft emalı zavoduna PUA hücumu edilib.
Primeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində zavodun ərazisində yanğınlar başlayıb. Bildirilib ki, bu, Rusiyanın Volqaboyu ərazisində ən böyük neft emalı zavodudur.
Bundan başqa, Orenburq vilayətində qaz emalı zavodunda partlayış baş verib.
Vilayətin qubernatoru Yevgeni Solntsev hücum zamanı qaz stansiyasının infrastrukturuna ziyan dəydiyini, sexlərdən birində yanğın baş verdiyini deyib.
Qeyd edək ki, zavod Rusiyanın ən böyük qaz emalı müəssisələrindən biridir. Burada illik 37.5 milyard kub metr qaz emal olunur.