Xəbər axtarın

Son axtarış nəticələri:

Şərurlu İsfəndiyar Elman Nəsirovun qızına ev verir

28.10.2025 10:55

Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır. Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadının Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm.

Primeinfo.az  xəbər verir ki, bunu Şərur MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.

O bildirib ki, həmin qadına 5 il müddətində yaşamaq üçün ev verir:

“Qoy gəlib yaşasınlar. 5 ildən sonra mənzili geri qaytararlar. İstəyirəm ki, Elman müəllim haqqında gəzən söz-söhbət aradan yığışsın. Nəzərə alın ki, Elman müəllim mənim əqidə yoldaşımdır. İkimiz də YAP-ın üzvüyük. Ona görə də onu müdafiə etmək, dəstək göstərmək bizim borcumuzdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzar Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

Paylaş: