
“Azərbaycanın Ermənistanla imzalanan Birgə Bəyannaməsi bütün türk xalqlarının zəfəridir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib:
“Bu tarixi sənəd iqtisadiyyat, ticarət, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları təqdim edir”.
Özbəkistan prezidenti qədim ticarət mərkəzlərindən biri kimi tanınan Qəbələdə olmaqdan qürur duyduğunu da bildirib:
“Bu qədim diyarın tarixi, mədəni irsi və inkişaf potensialı bizə türkdilli ölkələr arasında əməkdaşlığın dərin köklərə malik olduğunu bir daha xatırladır. Biz dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməli və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda sabitlik və tərəqqi uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirməliyik.
Hesab edirəm ki, qarşılıqlı əməkdaşlığımız çərçivəsində daha sıx və müntəzəm görüşlər keçirilməlidir. Bu, bizim siyasi dialoqumuzun intensivləşməsinə və ortaq hədəflərimizin reallaşmasına əlavə təkan verəcək”.