Xəbər axtarın

Son axtarış nəticələri:

“Şükriyyə” Tbilisidə nümayiş olunacaq

08.10.2025 12:23

Okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Şota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayiş olunacaq.

Primeinfo.az xəbər verir ki, yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın nümayişi teatrın Gürcüstana qastrol səfəri çərçivəsində baş tutacaq.

Səfər iki ölkənin milli teatrları arasında bu ilin fevralında Tbilisidə imzlanmış qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Qeyd edək ki, “Şükriyyə”nin premyerası 2023-cü ildə olub.

 

Paylaş: