Suriya prezidenti Əhməd əl-Şaraa Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfəri başlayıb. Bu, onun prezident kimi Rusiyaya ilk səfəridir.
Primeinfo.az Rusiya mediasına istinadən bildirir ki, səfər çərçivəsində Əhməd əl-Şaraa prezident Vladimir Putinlə görüşəcək. Onlar Suriya–Rusiya əlaqələrinin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdəki durumu, əməkdaşlığın perspektivləri və Yaxın Şərqdəki regionların vəziyyəti barədə müzakirələr aparacaqlar. Görüşlərdə, həmçinin, Rusiyanın Suriya ərazisindəki hərbi bazaları — Tartus dəniz bazası və Hmeymim aviasiya bazası məsələsi də diqqət mərkəzində olacaq.
Qeyd edilir ki, müzakirələr zamanı Əhməd əl-Şaraanın keçmiş lider Bəşər Əsədin Suriyaya verilməsini tələb edəcəyi gözlənilir.
Bəşər Əsəd 2024-cü ilin dekabrında ölkədən qaçaraq ailəsi ilə birlikdə Moskvaya köçmüşdü. Rusiya nın ona humanitar sığınacaq verdiyi bildirilir.
Suriyanın yeni hakimiyyəti Rusiya diplomatik əlaqələri yenidən qurmağa başlayıb.