Xəbər axtarın

Son axtarış nəticələri:

Tarixi dram “Mevlana Mest-i Aşk” Bakı ekranlarında - VİDEO

20.10.2025 16:29


“CineMastercard” kinoteatrlar şəbəkəsində unikal kinematoqrafik hadisə — Türkiyə-İran ortaq istehsalı olan “Mevlana Mest-i Aşk” tarixi dramı ilk dəfə nümayiş olunur.

Primeinfo.az xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi rejissor Hassan Fathi, prodüseri isə Mehran Boroumandır.

Böyük müsəlman mütəfəkkiri, şair və filosof Mövlana Cəlaləddin Ruminin dərin mənəvi dünyasını əks etdirən hekayə ilk dəfə böyük ekran göstərilir. Onun irsi səkkiz əsrdən çoxdur ki, milyonlarla insanı ilhamlandırır.

Filmin ulduz aktyor heyətinə Halit Ergenç, Parsa Pirouzfar, Selma Ergeç, İbrahim Çelikkol, Burak Tozkoparan, Hande Erçel, Bensu Soral, Şahab Hosseini və Boran Kuzum daxildir.
Filmin süjetinə gəlincə, “Mevlana Mest-i Aşk”— sadəcə bioqrafik film deyil, mənəvi oyanış, daxili axtarış və bağışlayan eşqin poetik və bədii təcəssümüdür.

Tamaşaçılar baş qəhrəmanı yalnız ilahiyyatçı və şair kimi deyil, həm də hiss edən, axtaran və sevən bir şəxsiyyət kimi tanıyacaqlar. Şəms Təbrizi ilə qarşılaşması Mövlananın həyatını tamamilə dəyişdirir və onun daxili dünyasında böyük inqilabın başlanğıcı olur. Bu dəyişikliklər sonradan sufi fəlsəfəsinin və onun dünya dillərinə tərcümə olunmuş poeziyasının əsasını təşkil edir.

“Mevlana” adı ərəb dilində “ağamız” və ya “böyük ustad” mənasını verir. O, ərəb və yunan dilləri də daxil olmaqla bir neçə dildə sərbəst danışırdı və İslam intibahının – mədəni və mənəvi yüksəlişin simvoluna çevrilmişdi. Onun təsiri bu gün də hiss olunur.

Yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunan, tarixi və romantik elementlərlə zəngin “Mevlana Mest-i Aşk” filmi — ruhu oyadan, ilhamverici bir həyat hekayəsidir.

Paylaş: