Xəbər axtarın

Son axtarış nəticələri:

Tbilisidə etiraz aksiyası: 14 polis əməkdaşı xəsarət alıb

04.10.2025 22:27

Tbilisidə Gürcüstan Prezidentinin iqamətgahı qarşısında etirazçıların aksiyaları nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb.

Primeinfo.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, xəsarət alan əməkdaşlardan birinin vəziyyəti ağırdır. Nazir müavini bir neçə etirazçının həbs olunduğunu təsdiqləyib.

Gürcüstan prezidentinin sözlərinə görə isə onun iqamətgahından kənarda baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bu gün Tbilisidə etiraz aksiyaları başlayıb. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər. Hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub. Etirazçılar onlara daş və müxtəlif əşyalar atıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə ediblər.

Xüsusi təyinatlı qüvvələr Orbeliani meydanını nəzarətə götürərək etirazçıları prezident sarayından uzaqlaşdırıblar.

 

Paylaş: