Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü 2026-cı ildə Türkiyədə, Qeyri-rəsmi Zirvə Görüşü isə Qazaxıstanda keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.
Vurğulanıb ki, bu barədə məsələ oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Azərbaycan, Qazax, Qırğız, Türk və Özbək dillərində təsdiqlənib.