Xəbər axtarın

Son axtarış nəticələri:

Tehran Universitetində partlayış: Tələbələr arasında ölən və yaralananlar var

02.10.2025 17:27


İranın Tehran Universitetində laboratoriyada güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə “Daneshjoo” agentliyi xəbər yayıb.

Bildirilib ki, laboratoriyada hidrogen balonu partlayıb, nəticədə ikimərtəbəli təhsil binasının divarlarının bir hissəsi dağılıb. Əraziyə dörd yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə nəticəsində biri qadın olmaqla iki nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Daha bir kişi həlak olub.

Bundan başqa dağıntı səbəbindən ətrafa səpələnən şüşə qırıntılarından daha bir neçə nəfər yüngül xəsarət alıb.

Paylaş: