Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp İlham Əliyevə təşəkkür edib - VİDEO

13.10.2025 22:20


“Biz daha bir müharibəni həll etdik – Ermənistanla Azərbaycan arasında”.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində çıxış edərkən deyib.

O, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırladıb.

“Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır”, – deyə Tramp əlavə edib.

Paylaş: