
ABŞ Prezidenti Donald Tramp İsraildə səfərdədir.
Primeinfo.az xəbər verir ki, onun təyyarəsi Ben-Qurion hava limanına eniş edib.
Hava limanından ABŞ lideri Qüdsə yola düşüb. O, israilli girovların ailələri ilə görüşəcək və Knessetdə (İsrail parlamenti) çıxış edəcək.
Tramp daha sonra Qəzza zolağında nizamlanmaya dair razılaşma fonunda çağırılan “Sülh Sammiti”ndə iştirak etmək üçün Misirə gedəcək.