![]()
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS hərəkatı arasında müharibənin başa çatdığını bildirib.
Primeinfo.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp bu barədə Knessetdə (İsrail parlamenti – red.) jurnalistlərə açıqlamasında bildirib.
ABŞ lideri HƏMAS-ın Qəzzada münaqişənin nizamlanması planı çərçivəsində hərəkatın təksilah olunmasına razılaşacağına əminliyini ifadə edib.
Tramp Knessetin qonaq kitabında da bu barədə qeyd qoyub və İsraillə HƏMAS arasında müharibənin bitdiyini təsdiqləyib: “Bu mənim üçün böyük şərəfdir. Böyük və gözəl gün, yeni başlanğıc”.
Qeyd edək ki, ABŞ Prezidenti yaxın zamanda Knessetdə çıxış edəcək. Parlamentdə Trampı İsrailin Baş naziri Benyamin Netanyahu müşayiət edir.
